SON DƏQİQƏ
» » “İstanbullu gəlin”də gözlənilməz XƏBƏR

“İstanbullu gəlin”də gözlənilməz XƏBƏR

Tarix:

20-04-2018, 14:04

/ 10 506 dəfə oxundu.
“İstanbullu gəlin”də gözlənilməz XƏBƏR

"Star TV”də yayımlanan "İstanbullu gəlin” serialından 3 aktyor birdən ayrılacaq.

Bunlar Can xarakterinə həyat verən aktyor Murad Aygen, Farukun (Özcan Dəniz) balaca qardaşı, Murad rolunu oynayan Berkay Hardal və evin qulluqçusu, daha sonra Muradın xanımı olan Badə, yəni aktrisa Hira Koyuncuoğludur.

Murad serialla bu həftə yayımlanacaq bölümdə, Berkay və Hira isə bir neçə bölümdən sonra ikisi də eyni vaxtda vidalaşacaqlar.

Məlumata görə, Hardal "Show TV" yayımlanacaq yeni "Mələklərin aşkı" serialında baş rolda çəkilmək üçün "İstanbullu gəlin”lə yollarını ayırır.

Qeyd edək ki, bu il, iyunun 8-də final edəcək ekran işində baş rollarda Aslı Enver və Özcan Dəniz çəkilir.

 

 

Gunaz.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ