SON DƏQİQƏ
» » Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

Tarix:

20-01-2018, 12:43

/ 907 dəfə oxundu.
Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri - YPG Türkiyəyə qarşı aksiyalara qoşulmaq istəməyən mülki vətəndaşlara açdığı atəş nəticəsində 25 dinc sakin həlak olub.

Gunaz.az report-a istinadən xəbər verir ki, hadisə terrorçuların və ABŞ hərbi təlimçilərinin nəzarəti altında olan Menbiç bölgəsində baş verib.

Onlar əhalini silah gücü ilə şəhərin meydanına çıxarırlar.

Terrorçular Türkiyənin Suriyaya aid Afrin bölgəsində antiterror əməliyyatı keçirəcəyi barədə məlumat yayıldıqdan sonra dinc sakinləri yük maşınlarına dolduraraq canlı qalxan qurmaq məqsədi ilə sərhədə aparırlar. Onların çoxu 12-14 yaşlı yeniyetmələr və 70 yaşlı qadın və kişilərdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ