SON DƏQİQƏ
» » Türkiyə səfirliyindən azərbaycanlı tələbələrə müraciət

Türkiyə səfirliyindən azərbaycanlı tələbələrə müraciət

Tarix:

16-09-2021, 21:29

/ 1 337 dəfə oxundu.
Türkiyə səfirliyindən azərbaycanlı tələbələrə müraciət

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin universitetlərinə 2021-2022-ci tədris ilində qəbul olunmuş Azərbaycan vətəndaşlarına müraciət edib.

GunAz.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycan vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilirlər.

"Bildiririk ki, şəxsiyyət vəsiqəsinin Türkiyəyə sərhədkeçmə sənədi kimi istifadə olunması yalnız turistik səyahət üçün nəzərdə tutulub.

Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər.

Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ