SON DƏQİQƏ
» » FHN Xırdalanda axtarışa davam edir: Daha bir uşaq...

FHN Xırdalanda axtarışa davam edir: Daha bir uşaq...

Tarix:

26-01-2021, 10:16

/ 6 767 dəfə oxundu.
FHN Xırdalanda axtarışa davam edir: Daha bir uşaq...

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.

Bu barədə Report-a FHN-dən bildirilib.

Qeyd edilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

İndiyədək dağıntılar altından 6 vətəndaş xilas olunaraq təhvil verilib, daha bir nəfərin isə cəsədi çıxarılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ