SON DƏQİQƏ
» » Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır...

Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır...

Tarix:

22-01-2021, 21:41

/ 1 340 dəfə oxundu.
Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır...

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər ("Yerkramas" saytı).

Ermənilər bildirir ki, noyabrın 13-də Tiqranaşen (ermənilər Kərkini belə adlandırır) yaxınlığında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) post quraşdırıb.

Hərçənd, FSB-nin qurduğu post Naxçıvanı Azərbaycanın qərb bölgəsi ilə birləşdirəcək ikinci dəhlizin açılması ilə bağlı da ola bilər. Ermənilər isə bunun kəndin qaytarılmasına hazırlıq olduğunu deyir.

Strateji əhəmiyyəti olan Kərkinin qaytarılması Azərbaycana bir sıra üstünlük qazandıracaq:

1. İrəvan-Qafan-Mehri-İran yolunun kənddən keçən hissəsi Azərbaycanın nəzərətinə keçəcək;

2. Bu kənd Ermənistanın Sünikə (Zəngəzur) girişi hesab olunur;

3. Gorus-Qafan-Mehri yolunun bir qismi artıq Azərbaycanın nəzarətindədir;

Qazaxın işğalda olan 7 kəndinin, xüsusilə anvlav olan Barxudarlı və Aşağı Əskiparanın qaytarılması isə Ermənistanın Noyemberyan rayonu ilə İcevanı birləşdirən, Göyçəyə çıxış olan yola nəzarəti itirməsi deməkdir.

Beləliklə, Azərbaycan Ermənistanın əsas nəqliyyat mərkəzlərinin bir hissəsinə nəzarət imkanı qazana bilər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ