SON DƏQİQƏ
» » Ordumuz Qarabağda erməni "əsgəri" yaralayıb? - MN

Ordumuz Qarabağda erməni "əsgəri" yaralayıb? - MN

Tarix:

13-01-2021, 18:18

/ 5 763 dəfə oxundu.
Ordumuz Qarabağda erməni "əsgəri" yaralayıb? - MN

Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı Qüvvələrinin "atəşkəsi" (fərqləndirmə bizimdir - red.) pozması və nəticədə erməni "əsgəri"nin (fərqləndirmə bizimdir - red.) yaralanması barədə məlumatı qətiyyətlə təkzib edir.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiqdir:

"Azərbaycan ordusu atəşkəsi heç bir halda pozmayıb".

Redaksiyanın qeydi: Qarabağda "atəşkəs" üçün mütləq qarşı tərəf olmalıdır. 10 noyabr Bəyanatına əsasən isə Qarabağda erməni silahlı dəstələri qalmamalı və erməni əsgərlər hamısı Ermənistana getməlidir. Əgər Ermənistana getməyən erməni əsgəri varsa, demək, artıq o, əsgər deyil, terrorçudur.

Azərbaycan Ordusu ilə erməni əhalisi arasında yalnız rus sülhməramlıları dayanmalıdır ki, Azərbaycan əsgəri də rus sülhməramlılarına heç vaxt atəş açmaz.

Buna görə də hər hansı atəşkəsdən və atəşkəsin pozulmasından söhbət gedə bilməz.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ