SON DƏQİQƏ
» » Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir

Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir

Tarix:

17-10-2020, 08:47

/ 3 498 dəfə oxundu.
Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir

Hər gün xalqımız Ali Baş Komandanın dilindən müzəffər ordumuzun qələbə xəbərlərini böyük ruh yüksəkliyi ilə eşitməkdədir. Hər bir ölkənin, regionun spesifik xüsusiyyətləri var. Hər ərazinin də özünəməxsus iqlim üstünlükləri, relyefi, iqtisadi inkişaf meylləri var. Bu baxımdan Dağlıq Qarabağın füsunkar təbiəti, təbii resursları, eyni zamanda ölkəmizin maddi imkanları burada qısa zaman kəsiyində bütün infrastrukturun yenilənməsini təmin etməklə normal həyat şəraitini daha tez bərpa etməyə imkan verəcək.

Sentyabr ayının 27-dən düşmən Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Alı Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatını həyata keçirməyə başlayıb. Məhz ordumuzun böyük şücaəti sayəsində işğalda olan bir sıra yaşayış məntəqələrimiz azad edildi. Azad edilmiş tarixi torpaqlarımızda müqəddəs bayrağımız ucaldıldı. Uzun illərdir xalqımızın mübarizə əzmini özündə əks etdirən Vətən müharibəsi bu gün böyük ruh yüksəkliyinə səbəb olub. Bəlkə də işğalçı Ermənistan uzun müddətdən sonra Azərbaycandan və xüsusi olaraq cəmiyyətimizdən bu cür təpkiləri gözləmirdi. Onlar düşünürdülər ki, artıq onilliklər keçib, cəmiyyət təzələnib. Yeni formalaşmış nəsil isə bu problemə elə də xüsusi bir yanaşma sərgiləməyəcək.

30 ilə yaxındır işğalda qalan tarixi torpaqlarımız azad edilir. Sözsüz, bu uğurlar xalqımızda daha böyük qələbəyə əminlik yaradıb. Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad olunması ilə Azərbaycan sözsüz öz ərazi bütövlüyünü təmin edəcək. Belə olan halda hərbi münaqişələrin bitəcəyi birmənalıdır. Çünki Azərbaycan heç bir dövlətin ərazisini işğal etmək niyyətində deyil. Dövlətimizin yeganə məqsədi ərazi bütövlüyümüzün təmin edilməsidir.Bu gün Azərbaycan Ordusu beynəlxalq hərbi təşkilatların reytinq göstəricilərində öncül yerdə dayanır. Bu illər ərzində düşünülmüş və qarşıya qoyulmuş düzgün strateji siyasət nəticəsində mümkün olub. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan Ordusu çox yüksək hərbi gücə malikdir. Bu gün Azərbaycan Ordusu heç bir mülki obyektə və mülki insanlara xətər yetirmədən düşmənin hərbi obyektlərini məhv etməklə məşğuldur.

Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı çox yüksəkdir. Ali Baş Komandan istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verir, onun sözünü və mövqeyini ifadə edir. Azərbaycan xalqı Prezident İlham Əliyevi onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir. Ona inanır, güvənir və tam dəstəkləyir.

Süleymanova Tamara,

192 saylı uşaq bağçasının müdiri


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ