SON DƏQİQƏ

Mənsimovun səhhəti pisləşdi

Tarix:

25-03-2020, 13:32

/ 2 355 dəfə oxundu.
Mənsimovun səhhəti pisləşdi

"Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti pisləşib.
Bu barədə Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva qeyd edib.
F.Quliyeva bildirib ki, bir neçə gündür aclıq elan edən M.Mənsimovun səhhəti ağır durumda, özü isə halsız vəziyyətdədir:
"Vəkillər Mənsimovun həbsdən azad edilməsi istiqamətindən fəaliyyətlərini durmadan davam etdirirlər”.
Qeyd edək ki, İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun evində 15 martda axtarış aparıblar və onun saxlanılmasına qərar veriblər. 17 martda isə İstanbul Məhkəməsi Mənsimovun istintaq müddətində həbsi ilə bağlı qərar verib. M.Mənsimov FETÖ ilə əlaqədə və bu terror qrupuna maliyyə dəstəyində suçlanır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ