SON DƏQİQƏ
» » Gəncədə heç nəyi olmayan binadan xidmət haqqı yığılır - Sakinlər narazıdır - VİDEO

Gəncədə heç nəyi olmayan binadan xidmət haqqı yığılır - Sakinlər narazıdır - VİDEO

Tarix:

23-12-2019, 08:47

/ 3 651 dəfə oxundu.
Gəncədə heç nəyi olmayan binadan xidmət haqqı yığılır - Sakinlər narazıdır - VİDEO

Gəncədə illərdir istifadəyə verilmiş çoxmərtəbəli binanın qazı, lifti yoxdur, blokları təmir edilməyb, ərazisi abadlaşdırılmayıb. Ancaq buna baxmayaraq sakinlərdən müntəzəm olaraq binanın rəhbərliyi tərəfindən kommunal xidmət haqqı yığılır.

GunAz.az-ın məlumatına görə, qazı, lifti olmayan, aqlay daşları qopub düşən, ərazisində qazılmış kotlovanı tühlükə saçan çoxmərtəbəli bina Gəncənin Xətai pr. 50 ünvanında yerləşir. 

Yaşayış binasının sakinləri illərdir həll edilməyən problemlərdən zara gəliblər. 9-cu mərtəbəyə qədər pilləkənlə çıxmalı olan sakinlər üçün vəziyyət xüsusilə dözülməzdir. 

Sakinlər deyir ki, binanın damı, blokları, həyəti abadlaşdırılmayıb. Üstəlik, ərazidə qazılmış və ətrafı çəpərlənməmiş kotlovan da təhlükə mənbəyidir. 

Ancaq buna baxmayaraq sakinlərdən müntəzəm olaraq binanın rəhbərliyi tərəfindən kommunal xidmət haqqı yığılır. 

Sakinlərin sözlərinə görə, binanın komendantı və kommunal yığımlarla məşğul olan mühasibi məhz çəkilişə görə yerlərini tərk ediblər. 

Səsləndirilən şikayətlərlə baglı binanı tikən KAT LTD şirkətinin rəhbərlyi "Xəzər Xəbər"ə münasibət bildirib.

 Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ