SON DƏQİQƏ
» » Zeynəb Xanlarova Amerikaya getdi - Növbədənkənar seçkidə namizəd olacaq?

Zeynəb Xanlarova Amerikaya getdi - Növbədənkənar seçkidə namizəd olacaq?

Tarix:

11-12-2019, 15:27

/ 2 010 dəfə oxundu.
Zeynəb Xanlarova Amerikaya getdi - Növbədənkənar seçkidə namizəd olacaq?

"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir". bu fikirləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur:

"Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".

Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.

Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır. Son günlər sosial şəbəkələrdə 83 yaşlı sənətkarla bağlı müxtəlif iddialar yayılıb.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ