SON DƏQİQƏ
» » Əzizlinin vəzifəli şəxsləri ittiham etməsinə - Rəsmi reaksiya

Əzizlinin vəzifəli şəxsləri ittiham etməsinə - Rəsmi reaksiya

Tarix:

8-11-2019, 19:39

/ 1 404 dəfə oxundu.
Əzizlinin vəzifəli şəxsləri ittiham etməsinə - Rəsmi reaksiya

​Son günlərdə bəzi sosial mediada və Yutub kanalında Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Əzizli Fərid Ceyhun oğlunun Dövlət Sərhəd Xidmətinin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə video yazısı yayılmaqdadır. GunAz.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"​Bununla əlaqədar olaraq bildiririk ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılıb, aidiyyəti hərbi qulluqçuların izahatları alınmış, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilib. Araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmamış, özünə qarşı hər hansı qeyri-etik davranışın yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilib.

​Məlumat üçün bildiririk ki, leytenant F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunmuş, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilmiş, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib.

Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant F.Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bu halı xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir.

​Qeyd edilən videoyazıda Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar olaraq toplanılmış materiallar müvafiq hüquqi qiymətin verilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi prokurorluğuna göndərilib, leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb", - məlumatda qeyd edilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ