SON DƏQİQƏ

Gömrükdə 67 telefon tutuldu

Tarix:

23-08-2019, 14:11

/ 1 890 dəfə oxundu.
Gömrükdə 67 telefon tutuldu

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz E220 CDİ” markalı avtomobilə gömrük baxışı keçirilib.

Komitədən GunAz.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən, qutuları və aksesuarları ilə bilikdə 34 ədəd Ayfon X Speys Gray 64 GB, 25 ədəd Ayfon X Silver 64 GB”, 1 ədəd “Ayfon 7 Black 32 GB”, 1 ədəd “OnePlus7 256 GB”, 1 ədəd “OnePlus 7 Pro 256 GB”, 2 ədəd “Samsunq Galaksi S10+ 128 GB”, 3 ədəd Samsunq Galaksi S10 128 GB” markalı təzə mobil telefonlar, “Daclavirocyrl 60 mg” adlı 2461 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ