SON DƏQİQƏ

Molla Nakib məhv edildi

Tarix:

14-08-2019, 19:33

/ 1 277 dəfə oxundu.
Molla Nakib məhv edildi

Əfqanıstan ordusu Loqar əyalətinin Bəraki Barak inzibati dairəsində hərbi əməliyyat keçirib.

GunAz.az xəbər verir ki, keçirilən əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçuların təlim mərkəzi məhv edilib.

Qeyd olunur ki, Bəraki Barak inzibati dairəsindəki Taqab rayonunda Taliban silahlılarının istehkamlarını məhv etmək üçün əlaqəli şəkildə aparılan hərbi əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçu kamikadzelərin hazırlandığı təlim mərkəzi yerlə yeksan edilib.

Zərərsizləşdirilmiş silahlıların arasında Taliban hərəkatının iki yerli komandiri – Molla Nakib və Xalid də olublar. Hərbi əməliyyat nəticəsində silahlıların böyük miqdarda silah-sursat olan anbarı da partladılıb.

Taliban hərəkatının yerli komandirləri ordu qərargahının məlumatını şərh etməyiblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ