SON DƏQİQƏ
» » Biləcəri stansiyasında bədbəxt hadisə: gənc öldü

Biləcəri stansiyasında bədbəxt hadisə: gənc öldü

Tarix:

14-08-2019, 12:35

/ 1 802 dəfə oxundu.
Biləcəri stansiyasında bədbəxt hadisə: gənc öldü

Azərbaycan Dəmir Yolları QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan GunAz.az-a verilən açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ