SON DƏQİQƏ

İran sözünə əməl etməlidir - Hant

Tarix:

20-07-2019, 22:09

/ 734 dəfə oxundu.
İran sözünə əməl etməlidir - Hant

İngiltərənin Xarici İşlər naziri Ceremi Hant iranlı həmkarı Məhəmməd Cavad Zəriflə iki ölkə arasında gərginliyə səbəb olan neft tankerlərinin saxlanılmasını müzakirə edib.

GunAz.az xəbər verir ki, bu barədə Hant Tvitter səhifəsində məlumat paylaşıb. O, rəsmi Tehranın ötən şənbə gərginliyin azaldılması ilə bağlı verdiyi təminatın əksinə hərəkət edərək onları xəyal qırıqlığına uğratdığını bildirib. C.Hant İran tərəfinin verilən sözə əməl etməsi gərəkdiyini deyib.

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə İran tankerinin qanunsuz şəkildə saxlanıldığı, məsələnin qaydalara və beynəlxalq hüquqa uyğun şəkildə həll edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Britaniya İran tərəfindən iki tankerinin saxlanıldığını desə də, rəsmi Tehran bunu təkzib etmişdi. Sonradan İranın həqiqətən Liberiya bayrağı altında üzən “Məsdar” gəmisini saxladığı da üzə çıxmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ