SON DƏQİQƏ

Rayonlarda hava nə vaxt mülayimləşəcək?

Tarix:

20-05-2019, 13:44

/ 206 dəfə oxundu.
Rayonlarda hava nə vaxt mülayimləşəcək?

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti fəsadlar törədib. Bir neçə kənd işıqsız qalıb.

Bəs qeyri-sabit hava şəraiti nə vaxta kimi belə davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova GunAz.az-a açıqlamasında bildirib ki, hava tezliklə mülayimləşəcək:

“Şimşək, yağış, güclü şimal-qərb küləkləri, dolu bu gün də müşahidə olunacaq. 21 may gündüz saatlarından yağıntılar əksər rayonlarda tədricən kəsiləcək.

23 və 24 may tarixlərində ölkə ərazisində hava şəraiti mülayimləşəcək, gün yağmursuz keçəcək. Havanın temperaturu yüksələcək” - deyə o bildirib.

N.Safura

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ