Azərbaycan 100 min "Kalaşnikov"istehsal etdi

Azərbaycan Rusiyanın lisenziyası əsasında 100 min “AK-74M” "Kalaşnikov" avtomat silahı istehsal edib.

Report xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi Belarusun paytaxtı Minskdə keçirilən “MİLEX-2019” beynəlxalq silah və hərbi texnika sərgisində TASS agentliyinə bildirib.

Onun sözlərinbə görə, Azərbaycan "Kalaşnikov" avtomatlarını 2021-ci ilədək istehsal edəcək: “Ümumilikdə, 120 min ədəd “AK-74M” buraxılacağı ehtimal edilir”.

Sərgi mayın 18-dək davam edəcək.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]