SON DƏQİQƏ

"Sağlığında qiymət verin insanlara"

Tarix:

12-03-2019, 15:51

/ 11 505 dəfə oxundu.
"Sağlığında qiymət verin insanlara"

 

Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara.

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin, yamanlara.

             Cabir Novruz

 

Bu gün yaşasaydı 86 yaşı qeyd ediləcəkdi, görkəmli Azərbaycan şairi Cabir Novruzun.

Böyük xalqın böyük də ədəbiyyatı olur. Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, ulduz kimi parlayıb, qəlbləri “Sağlığında qiymət verin insanlara” şeiri ilə fəth edə bilmişdir.

Əsrarəngiz gözəlliyə malik Xızı dağlarının qoynunda yerləşən Upa kəndində dünyaya göz açsa da, tezliklə bütün Azərbaycan xalqının doğma övladına çevrildi. O, böyük dramaturq Cəfər Cabbarlı, nakam – sevilən şair Mikayıl Müşfiq yaradıcılığından bəhrələnərək özü bir məktəb yarada bilmişdir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında qırmızı xətlə keçir. Cabir Novruz adı yaşadığı dövrdə də, bu gündə də, gələcək günlərdə də yaşayacaq. Xalq üçün yaşayıb - yaradanları xalq özü qəlbində yaşadacaqdır. Cabir Novruz dövrün nöqsanlarını da, uğurlarını da eyni müvəffəqiyyətlə oxuculara çatdıra bilmişdir. Bu gün hər bir oxucunun sevdiyi şair ədəbiyyata yeni bir nəfəs, yeni bir ruh gətirə bilmişdir. O, təkcə heca vəznində deyil, sərbəst vəznində də gözəl şeirlər, poemalar yarada bilmişdir. Şair gənclərin dostu və yol göstəricisi idi, xeyirxah və qayğıkeş idi. Şair həm də çalışırdı ki, şeirimizdə təsadüfi adamlar olmasın. Yaxşıların dostu və müəllimi idi. Bu gün də gənclərimiz onun yaradıcılığından bəhrələnir və öyrənirlər. Azərbaycan gəncləri bütün tədbirlərdə şairin “Tələbə” şeirinə yazılmış mahnını həvəslə oxuyurlar. Bu mahnını dinləyən hər bir tələbə öz uğurlarına sevinir.

Xalqımız istər onun sağlığında, istərsə də ölümündən sonra onu sevmiş və sevirlər. Dövlətimiz dahi şairin adını əbədiləşdirmiş və xatirəsini uca tutmuşdur.

Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.

1958-ci ildə “Bakı”, “Axşam” qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin katibi olmuşdur.

Cabir Novruz 2002-ci ilin şaxtalı qış gününün 12 dekabrında əbədi olaraq gözlərini yumdu. Cismən sevənlərindən ayrılsa da, ruhən şeirlərində əbədi olaraq yaşayır.

Bu gün şairin doğum günü ilə əlaqədar olaraq “Cabir Novruz” Mədəniyyət Fondunun bütün kollektivi və Cabir Novruz sevərlər “Fəxri xiyaban”da onun məzarı önünə toplaşaraq yad etdilər.

Tədbiri pedaqoqika üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Qafar Əsgərzadə açaraq sözü “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti professor Cavanşir Qurbanova verdi. Sonra isə tədbir iştirakçılarından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mədəniyyət üzrə elmi-metodiki və ixtisas üzrə elmi araşdırmalarının şöbə müdiri Sənan Talıbov, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi, professor Abbasqulu Nəcəfzadə, Milli Konservatoriyanın müəllimi, ustad sənətkar Nizami Əsgərov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Mikayıl Müşfiq adna 18 saylı tam orta məktəbin müəllimi Ənvər Səfərov, cabirşünas Abbasqulu Əliyev, “Qızıl Aypara” cəmiyyətinin Qaradağ rayon təşkilatının sədri Niyazi Eyvazov, Dilbər Axundzadənin yadigarı Leyla Axundzadə, şairin gəlini Gültəkin Novruz və ilk nəvəsi Təbriz Novruz şairi yad edərək öz xatirələrini bölüşdülər.

Rəsmiyə HEYBƏTAĞAQIZI

"Sağlığında qiymət verin insanlara"

"Sağlığında qiymət verin insanlara"

 

"Sağlığında qiymət verin insanlara"

 

"Sağlığında qiymət verin insanlara"

 

"Sağlığında qiymət verin insanlara"

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ