SON DƏQİQƏ

“Düşündürən heykəl”

Tarix:

28-12-2018, 18:46

/ 11 219 dəfə oxundu.
“Düşündürən heykəl”

 

 

Prezident İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan poeziyasının böyük və görkəmli şairi Mikayıl Müşfiqin 110 illik yubileyi keçirilir. Davam edən silsilə tədbir Təhsil Nazirliyinin və “Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkil etdiyi böyük Azərbaycan şairi Mikayıl Müşfiqin adını daşıyan 18 saylı tam orta təhsil ocağında abidəsi və xatirə lövhəsi ilə bağlı möhtəşəm tədbir keçirildi.

Tədbiri məktəbin direktoru Rəna Süleymanova açaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında qonaqlara və tədbir iştirakçılarına geniş məlumat verdi. Rəna Süleymanova “Cabir Novruz” Mədəniyyət fondunun prezidenti, professor Cavanşir Qurbanova təhsil ocağına şairin abidəsini hədiyyə etdiyinə görə məktəb müəllimləri və şagirdləri adından təşəkkürünü bildirdi.“Düşündürən heykəl”

Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın 26 dekabr 2018-ci il tarixində həmin rayona səfərindən söz açdı. Rayon ərazisində 6 ən əhəmiyyətli sosial yönümlü tikintinin açılışından, 161 saylı müasir tipli məktəbin tikilib istifadəyə verilməsindən ətraflı məlumat verdi.

“Düşündürən heykəl”Azərbaycan kimi qüdrətli bir ölkənin güclü vətəndaşlarına bu günümüzün, sabahımızın qarantı olan ölkə başçısı İlham Əliyevin son 15 ildə doğma Azərbaycanımız üçün gördüyü inkişafa doğru gedən işlərdən və uğurlardan danışdı.

Sonra isə Əziz Əzizov nakam, sevimli şairimizin yaradıcılığından, şeiriyyətindən ürəkdolusu danışdı. "Müşfiq şeiriyyətinə olan sevgi, ehtiram məndə hələ orta məktəbdə parta arxasında oturandan yaranıb".

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva abidənin açılışı ilə əlaqədar olaraq geniş çıxış etdi. Müəllim və şagirdlərə gözəl tövsiyələr verdi. O, çıxışında qeyd etdi ki, bu təhsil ocağında oxuyan şagirdlərin üzərinə böyük məsuliyyət düşür. Şagirdlər bilməlidirlər ki, onlar böyük şairimizin adını daşıyan məktəbdə “hər gün daima düşünən bir heykəl” ilə qarşılaşacaqlar. Məktəbin həyətində ucaldılan bu “düşündürən heykəl” şagirdlərə “mayak” olaraq Mikayıl Müşfiq yaradıcılığına və şeiriyyətinə şagirdlərin marağını daha da artıracaq.

Səmimi çıxışların ardı-arası bitmək bilmirdi. Azərbaycanın Müşfiqsevər ziyalılarının çıxışları marağa səbəb oldu. Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, “Şöhrət” ordenli, “Əməkdar” müəllim, şairə Ofeliya Babayeva, Leyla Axundzadə, professor Vidadi Xəlilov, “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, əməkdar jurnalist-aparıcı pedoqoqika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, Mədəniyyət Nazirliyinin nəzdində yerləşən mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin şöbə müdiri Sənan Talıbov, heykəltaraş Teymur Qəribov, Müşfiq nəslinin nümayəndəsi Vahab İsmayılzadə hörmət və sevgi dolu çıxışlar etdilər.“Düşündürən heykəl”

“Cabir Novruz” Mədəniyyət Fondu tərəfindən hədiyyə verilmiş heykəl ən yeni texnika və avadanlıqla təchiz olunmuş təhsil ocağına daha da nüfuz gətirəcək. 29 yaşında klassik şair adı almış Mikayıl Müşfiq az ömür yaşasa da, yenə cavan, müasir olaraq hafizələrdə əbədi yaşayacaq. Əbədiyaşarlıq qazanan “Dahi”lər kimi. Vaxtilə dərs dediyi məktəbin üzərindəki aydın səmada sanki şairin ruhu pərvaz edirdi. Ruhu şad olurdu ümumxalq hörmətinə, bu sevincə, bu məhəbbətə.

Ədəbiyyatımız, şeiriyyətimiz var olduqca əbədiyaşarlıq qazanan Mikayıl Müşfiqimiz daim qəlblərdə yaşayacaq.

“Düşündürən heykəl”Çıxışlar bitdikdən sonra təhsil ocağının akt zalında Müşfiqsevərlərə məktəbin fəal şagirdləri tərəfindən şairin “Ana”, “Səndən küsmərəm”, “Sənə qurban” şeirləri məharətlə səsləndirildi. Sonra Bələdiyyə Teatrının aktyoru, “Humay” mükafatı laueratı Toğrul Müşfiqin söylədiyi şairin “Həyat nəğməsi” şeiri qonaqlar tərəfindən alqışlarla qarşılandı.“Düşündürən heykəl”

Müşfiqsevərlər – Əməkdar artist, bəstəkar Elza Seyidcahan şairin "Yağış" şeirinə bəslədiyi mahnısını, Əməkdar artist, aparıcı Rəşad İlyasov, Mikayıl Müşfiqin şeirinə Ələkbər Tağıyevin bəstələdiyi “Sənə qurban” mahnısını elə şövqlə oxudular ki, bütün zalda əyləşən qonaqlara və şagirdlərə böyük zövq verdi.

 

“Düşündürən heykəl”Rəsmiyyə HEYBƏTAĞAQIZI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ