SON DƏQİQƏ
» » Qatarda problem yarandı - Sərnişinlər təxliyə edildi

Qatarda problem yarandı - Sərnişinlər təxliyə edildi

Tarix:

5-10-2018, 15:12

/ 10 305 dəfə oxundu.
Qatarda problem yarandı - Sərnişinlər təxliyə edildi

Bu gün günorta saatlarında metronun “Həzi Aslanov” – “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

GunAz.az xəbər verir ki, “Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov publika.az-a bildirib ki, nasazlıq qatarların hərəkətində gecikməyə səbəb olub:

“Saat 13:11 radələrində “Qara Qarayev” stansiyasında qatarda nasazlıq müşahidə edilib. Maşinist 7-8 dəqiqə ərzində nasazlığı aradan qaldırıb. Sərnişinlər həmin qatardan çıxarılıb və həmin qatar depoya göndərilib. Bu proses də qatarların hərəkətinə gecikməyə səbəb olub. Xüsusən, “İçərişəhər” stansiyasında sıxlıq müşahidə edilib. Lakin qısa zamanda görülən tədbirlər nəticəsində interval bərpa edilib”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ