SON DƏQİQƏ

Körpələrə "topuq testi"nin tətbiqi başlayır

Tarix:

11-08-2018, 08:29

/ 10 239 dəfə oxundu.
Körpələrə "topuq testi"nin tətbiqi başlayır

Artıq körpə dünyaya gələn kimi onun hansı xəstəliklərinin olduğunu müəyyənləşdirmək mümkün olacaq. 

GunAz.az xəbər verir ki, dünya səhiyyə sistemində geniş yayılan "topuq testi" Azərbaycanda da tətbiq olunacaq. Bunun üçün avadanlıqlar alınıb. İlk növbədə elmi-tədqiqat mamalıq və ginekologiya inistitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq.

Azərbaycanda yeni doğulan körpələrin anadangəlmə irsi xəstləyini müəyyən etmək mümkün olacaq.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev “Xəzər xəbər”ə bildirib ki, "topuq testi" bir neçə erkən xəstəliklərin diaqnostikası üçün nəzərdə tutlub. Onun sözlərinə görə, uşaq doğulandan ilk sutka ərzində test götürmək olacaq.

Baş pediatr Nəsib Quliyev bildirib ki, yeni doğulan uşaqdan götürüləcək "Topuq testi" üçün avanadlıqlar alınıb. Proqram iki mərhələdən ibarət olacaq, əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək.

Dünya tibb sistemində olan "Topuq testi"i dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək. Proqramın tətbiqinə yaxın aylarda başlanılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ