SON DƏQİQƏ
» » Baş pediatr havaların soyuması ilə bağlı valideynlərə xəbərdarlıq etdi

Baş pediatr havaların soyuması ilə bağlı valideynlərə xəbərdarlıq etdi

Tarix:

2-10-2017, 12:41

/ 1 336 dəfə oxundu.
Baş pediatr havaların soyuması ilə bağlı valideynlərə xəbərdarlıq etdi

“Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur. Bu, o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir”.

Gunaz.az Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, əgər evdə olarkən uşaqlarda xəstələnməyə meyillilik müşahidə olunsa, onları məktəbə göndərmək əvəzinə, həkimə aparmaq lazımdır.

N.Quliyev qeyd edib  ki, payız mövsümü olsa da, havaların soyuması tədricən deyil, anidən baş verib: “Uşaqların bu rejimə uyğun geyindirilməsi və qorunması tələb olunur. Lakin bu məsələyə hər valideynin fərqli yanaşması olur. Təəssüf ki, bütün valideynlər prosesləri düzgün şəkildə qiymətləndirə bilmir. Bəzən etinasızlıq edir, bəziləri də bunu unudur. Nəticədə də zərərçəkən uşaqlar olur”.

Baş pediatr bildirib ki, payızda bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəblərin açılması kollektivlərdə uşaqlar arasında mövsümi xəstəliklərin artmasına zəmin yaradır: “Belə şəraitdə xəstəliklərin yayılma riski də yüksəkdir. Ona görə də həm müəllimlər, həm də valideynlər bunu düzgün qiymətləndirərək, onları qorumağı bacarmalıdırlar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ