SON DƏQİQƏ
» » Sabah saat 12-dən sonra... - Bakı sakinlərinin NƏZƏRİNƏ!

Sabah saat 12-dən sonra... - Bakı sakinlərinin NƏZƏRİNƏ!

Tarix:

1-05-2018, 15:49

/ 10 353 dəfə oxundu.
Sabah saat 12-dən sonra... - Bakı sakinlərinin NƏZƏRİNƏ!

Ötən gün paytaxtda baş tutan Formula 1 Avropa Qran Prisi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə hazırda söküntü işləri davam etdirilir.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov  açıqlamasında bildirib ki, sabah saat 12-dən sonra qeyd olunan əraziyə bitişik küçə və yollarda, kəsişmələrdə qoyulan beton piltələri götürüləcək və avtomobillərin hərəkətində tənzimlənmə işləri aparılacaq:

"Hazırda həmin ərazidə söküntü işisürətlə davam edir. Sürücülər bir qədər təmkinli olsalar, sabahdan rahat hərəkət edə biləcəklər. Ümumiyyətlə, həmin ərazidə söküntü bitsə də, işlər mərhələli şəkildə davam etdiriləcək. Birmənalı olaraq bilirsiniz ki, ərazdiə olan beton dirəklərini bir gündə götürmək mümkün deyil. Onun qurulması aylarla çəkibsə, sökülməsi də aylarla çəkəcək. Sürücüləri xəbərdarlıq etmək məqsədilə qeyd edirəm ki, Bakı halqası kimi tanınan ərazidən az istifadə edin. Çünki dirəklərin götürülən zaman həmin ərazidə sıxlıq yaranacaq”.

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ