SON DƏQİQƏ

Füzulidə 48 PHS tapılıb (FOTO)

Tarix:

24-01-2017, 14:43

/ 5 633 dəfə oxundu.
Füzulidə 48 PHS tapılıb (FOTO)

Bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat açıqlanıb.
ANAMA-dan verilən xəbərə görə, Füzuli rayonunun Alxanlı kəndində otlaq sahəsində 48 ədəd partlamamış hərbi sursat (24 ədəd 82 mm-lik minaatan mərmisi (O-832), 4 ədəd PQ-9 raketinin gilizi, 1 ədəd 122 mm-lik top mərmisi (OF-462P), 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26) və 18 ədəd 5.45 çaplı patron) və 25 ədəd mina (23 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) və 2 ədəd piyada əleyhinə mina (OZM-72)) aşkar edilib, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.
Bildirilir ki, 2 100 kv.m ərazi yoxlanılıb. Ümumilikdə, Agentlik tərəfindən 1-24 yanvar tarixlərində Ağdam, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 2 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib, 1 288 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 15 130 kv.m ərazi yoxlanılıb.

Gunaz.az

Füzulidə 48 PHS tapılıb (FOTO)

 

Füzulidə 48 PHS tapılıb (FOTO)

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ