SON DƏQİQƏ

Səsdən sürətli NƏQLİYYAT KAPSULU - VİDEO

Tarix:

29-01-2021, 08:54

/ 5 636 dəfə oxundu.
Səsdən sürətli NƏQLİYYAT KAPSULU - VİDEO

Məşhur milyarder İlon Maskın iddialı layihələrindən biri olan "Virgin Hyperloop” şirkəti səsdən sürətli nəqliyyat kapsulunun daxili interyerini nümayiş etdirən video paylaşıb.

Videoda "Hiperloop” kapsulu ilə yanaşı sərnişin stansiyasının da görüntüləri əks olunub.

 

Kapsulun sonuncu modeli şərti olaraq "Commercial Vehicle” adını alıb. O, naqilsiz enirji yığımı, şəffaflıq səviyyəsini avtomatik olaraq tənzimləyən şüşəli tavanla təchiz olunub. Salonun oturacaqlarının arxasında isə diod işıqlı tablolar yerləşdirilib. Burada kapsulun hərəkət sürəti və dayanacağa çatma vaxtı əks olunacaq.

Kapsul 387 km/saat orta sürətlə hərəkət edəcək. Bir kapsul 28 sərnişin üçün nəzərdə tutulub. Yeni nəqliyyat vasitəsinin üç qitə və beş ölkədə uzaq şəhərlər arasında hərəkət etməsi planlaşdırılır.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ