SON DƏQİQƏ
» » "Azərsu" ASC Xırdalanda yolu bərbad hala salıb: Sakinlər NARAZIDIR - VİDEO

"Azərsu" ASC Xırdalanda yolu bərbad hala salıb: Sakinlər NARAZIDIR - VİDEO

Tarix:

20-06-2020, 08:00

/ 3 649 dəfə oxundu.
"Azərsu" ASC Xırdalanda yolu bərbad hala salıb: Sakinlər NARAZIDIR - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsinin yolu bərbad hala salınıb.

GunAz.az xəbər verir ki, sakinlər bir müddət əvvəl "Azərsu" ASC tərəfindən yolda qazıntı işləri həyata keçirildiyini deyib. İş yarımçıq qaldığından yol keçilməz vəziyyətə düşüb. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət də olunub. Ümumiyyətlə, bu yolda qışda palçıqdan, yayda toz-torpaqdan keçmək mümkün deyil.

Mövcud vəziyyətlə bağlı Xırdalan şəhər icra nümayəndəsi Rafiq Yusubov bildirib ki, şəhər ərazində yolların abadlaşdırılması istiqamətində "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən işlər görülür. Bəşir Səfəroğu küçəsində yolların bərbad vəziyyətə salınmasından da xəbərləri var.

"Azərsu" ASC-nin layihə icraçısı İsmayıl Abbasov isə "Xəzər Xəbər"ə bildirib ki, ərazidə işlər karantinə görə dayandırılıb. Sakinlərin haqlı narazılığına səbəb olan problem isə karantin rejimi bitdikdən sonra öz həllini tapacaq.publika.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ