SON DƏQİQƏ
» » “Yay şinlərilə avtomobil idarə etməyin!” — Dövlət Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

“Yay şinlərilə avtomobil idarə etməyin!” — Dövlət Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

Tarix:

27-01-2018, 15:53

/ 1 165 dəfə oxundu.
“Yay şinlərilə avtomobil idarə etməyin!” — Dövlət Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

“Ölkə ərazisində havanın kəskin soyuyacağı, yolların buz bağlayacağı ilə bağlı proqnoz var və buna görə də bütün əlaqədar qurumlarımız, texnikalarımız tam hazır vəziyyətə gətirilib”.

Bunu Gunaz.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. 

A.Nəcəfli deyib ki, Avtomobil Yolları Dövlət Agentliyi aidiyyatı üzrə yollarda yarana biləcək hər hansı bir problemi aradan qaldırmağa qadirdir:

“Lakin biz 100 faiz hazırıq deyəndə bu o demək deyil ki, yollarda hansısa problem olmayacaq. Bəzən bu dediyimiz insanlar arasında çaşqınlıq yaradır. Təbii ki, qar yağarkən, yollar buz bağlayarkən yollarda müəyyən problemlərin yaranması qaçılmazdır və heç bir dövlət və qurum bundan sığortalanmayıb. Bu, təbii hadisədir və yolların buzlardan təmizlənməsi üçün bütün işlər görüləcək”. 

Agentlik rəsmisi qeyd edib ki, texnika bir ərazini təmizləyib, digər tərəfə keçəndə, həmin yol yenidən qarla örtülür: 

“Bu səbəbdən sürücülər mütləq şəkildə avtomobillərini qar yağmasına hazırlamalıdırlar. Əsasən də qış şinlərindən istifadə edilməlidir ki, hər hansı bir problem yaşanmasın. Əgər yenə də yay şinlərindən istifadə etsələr bizim gördüyümüz işlər demək olar ki, heçə enəcək və onların yolda qalmaq, sürüşmək ehtimalı artacaq. Onların yolda qalması, sürüşməsi digər hərəkət iştirakçılarına da maneçilik törədir və tıxacların, sıxlığın yaranmasına gətirib çıxarır”.

скачать dle 12.1

Şərhlər