SON DƏQİQƏ
» » Müəllimlər, DİQQƏT! - Yerdəyişmə BAŞLAYIR

Müəllimlər, DİQQƏT! - Yerdəyişmə BAŞLAYIR

Tarix:

4-05-2021, 14:55

/ 3 606 dəfə oxundu.
Müəllimlər, DİQQƏT! - Yerdəyişmə BAŞLAYIR

Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start veriləcək.

Nazirlikdən GünAz.az-a verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Qeyd edək ki, müsabiqə zamanı "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

скачать dle 12.1

Şərhlər