SON DƏQİQƏ
» » Biz ənənəvi təhsilin tərəfdarıyıq, lakin... - Nazir

Biz ənənəvi təhsilin tərəfdarıyıq, lakin... - Nazir

Tarix:

30-10-2020, 11:31

/ 3 975 dəfə oxundu.
Biz ənənəvi təhsilin tərəfdarıyıq, lakin... - Nazir

Artıq 7-8 aydır ki, pandemiya ilə yaşayırıq. Doğrudur, yoluxmada saylar artıb. Lakin artım sürətini müqayisə etsək, azalma müşahidə olunur.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:

"Bu situasiyadan çıxmaq üçün hər bir vətəndaşın davranışı vacibdir. İş yerləri, ictimai nəqliyyat, ailədaxili yoluxmalar xəstəliyin artmasında ən çox rol oynayan amillərdir. Biz hər iki həftədən bir vəziyyəti qiymətləndirə bilirik. Bu gün davranışı dəyişməyə başlayırıqsa, 10 gün sonra daha yaxşı vəziyyətlə qarşılaşa bilərik. Təbii ki, biz ənənəvi təhsilin tərəfdarıyıq. Lakin bizim üçün əsas olan insanların sağlamlığıdır və bu bir insandan asılı deyil. Ola bilər ki, kimsə maska taxmayanda düşünür ki, təhsillə heç bir əlaqəsi yoxdur. Nəzərə alaq ki, virus görünmür və hər kəs bir-birini yoluxdura bilir. Xalqımız üçün şanlı tarixin yazıldığı, böyük məsələlərin həll olunduğu dövrdə üzərimizə düşən vəzifə qoyulmuş qaydalara əməl etməkdir"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ