SON DƏQİQƏ

Təhsil kursları niyə açılmadı? - Nazir

Tarix:

27-08-2020, 18:15

/ 4 552 dəfə oxundu.
Təhsil kursları niyə açılmadı? - Nazir

Ölkəmizdə onlayn təhsilin tədrisi keyfiyyət baxımından daha da yaxşı ola bilər.

Bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, martın 3-dən başlayaraq bu günə qədər təhsil sistemində elektronlaşma və rəqəmsallaşma davam edir:

"Bu müddət ərzində 1 milyondan artıq şagird, 100 min müəllim elektron poçt əldə edib. Tədris onlayn keçirilsə də, 200 mindən artıq teledərs çəkilib. Teledərslərin məzmun baxımından şagirdlərə faydalı olduğunu düşünürəm. Mart ayına qədər bu proses davam etsə, bütün fənlər üzrə bir illik məzmun hazır olacaq".

Təhsil naziri qeyd edib ki, şagirdlərin hər birinin elektron resurslarla təmin olunması həll yolu hesab olunmamalıdır:

"İlk dövrdə özəl şirkətlərlə qurduğumuz əməkdaşlıq sayəsində 40 min müəllim internet paketi ilə təmin edilib. Bu müəllimlərin hansı fəaliyyətlə məşğul olduğunu izləyə bilirik. Bölgələrdə risklər olmazsa, ənənəvi təhsilə keçid etmək olar".

Nazir əlavə edib ki, təhsil kursları sahibkarlıq subyektləri olduğu üçün fəaliyyətinin bərpası Operativ Qərargahdan asılıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ