SON DƏQİQƏ

Şəki məktəblisi 700 bal topladı

Tarix:

29-07-2018, 00:06

/ 10 466 dəfə oxundu.
Şəki məktəblisi 700 bal topladı

Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib. 
GunAz.az xəbər verir ki, 700 bal toplayan abituriyentlərdən biri də Şəki məktəblisidir. Belə ki, Şəki şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseyinin  məzunu Nərmin İsmayılova Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 bal toplayıb.
III ixtisas qrupu üzrə 700 bal toplayan digər 2 abituriyent Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü lisey və  Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbinin məzunudur.
İmtahanda II ixtisas qrupu üzrə isə Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu  700 bal toplayıb.
скачать dle 12.1

Şərhlər