SON DƏQİQƏ

Qəbul imtahanında 3 abituriyent 700 bal topladı

Tarix:

3-05-2017, 20:38

/ 4 125 dəfə oxundu.
Qəbul imtahanında 3 abituriyent 700 bal topladı

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
DİM-dən  verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 35 433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.
Bildirilib ki, imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ