SON DƏQİQƏ

Bu ölkədə təhsil vizası QAYDALARI dəyişdi

Tarix:

28-06-2018, 16:27

/ 10 508 dəfə oxundu.
Bu ölkədə təhsil vizası QAYDALARI dəyişdi

İtaliyanın Azərbaycandakı səfirliyi İtaliyada təhsil vizasına müraciət etmək üçün lazımlı sənədlər siyahısında dəyişkilik edib.

Səfirlikdən GunAz.az-a verilən məlumat da bildirilir ki, viza almaq üçün müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir.

Məlumatda bildirilir ki, tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya "Yapı Kredi Bank Azərbaycan" bankında cari hesabı üzrə arayış təqdim etməlidir.

“Həmin vəsait ən azı viza sorğusuna cavab verilənədək hesabda qalmalıdır. Və yaxud tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 (altı) ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir. Maliyyə vəsaitindən əlavə tələbənin İtaliyada təhsil almaqda şəxsi hazırlığını, eləcə də ümumi şəxsi və ailəvi vəziyyətini diqqətə alacaq”.

скачать dle 12.1

Şərhlər