SON DƏQİQƏ

Sınaq imtahanına qeydiyyatda SON GÜN

Tarix:

9-04-2018, 10:46

/ 10 492 dəfə oxundu.
Sınaq imtahanına qeydiyyatda SON GÜN

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzindən Gunaz.az-a verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Sınaq imtahanına qeydiyyat 10 aprel saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 18 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilib.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edibeservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat isə 24 aprel saat 10:00-dək aparılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ