SON DƏQİQƏ
» » Ali məktəblərə qəbulla əlaqədar ilk sınaq imtahanı keçirilir

Ali məktəblərə qəbulla əlaqədar ilk sınaq imtahanı keçirilir

Tarix:

1-04-2018, 09:10

/ 10 551 dəfə oxundu.
Ali məktəblərə qəbulla əlaqədar ilk sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 18 şəhər və rayonda sınaq imtahanları keçirir.

DİM-dən Gunaz.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23579 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlanacaq.

İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1408 nəzarətçi-müəllim ayrılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ