SON DƏQİQƏ

Mikayıl Cabbarov qızıl medal verdi - Əmr

Tarix:

7-08-2017, 17:54

/ 3 814 dəfə oxundu.
Mikayıl Cabbarov qızıl medal verdi - Əmr

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.
GUNAZ.az xəbər verir ki, nazir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2016/2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq və "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr imzalayıb.
Əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.
Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin "Şərəf kitabı”na yazılacaq.
Medala layiq görülən məzunların adlarını bu linkdən izləyə bilərsiz.

 

 

скачать dle 12.1

Şərhlər