SON DƏQİQƏ
» » İlham Əliyevlə bu sağollaşma forması gündəm oldu

İlham Əliyevlə bu sağollaşma forması gündəm oldu

Tarix:

24-06-2022, 08:04

/ 2 172 dəfə oxundu.
İlham Əliyevlə bu sağollaşma forması gündəm oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan səfəri təkcə çox böyük siyasi əhəmiyyət kəsb edən görüş kimi deyil, eyni zamanda iki dost ölkə, o cümlədən siyasi liderlər  arasındakı münasibətlərin yüksək səviyyədə olması baxımdan yaddaşlarda böyük izlər buraxdı.

Səfər proqramında keçirilən görüşlər, o cümlədən yolasalma mərasimi çox yüksək əhvali-ruhiyyədə keçdi. 

Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdığı zamanı Ürgənc hava limanında ölkənin başçısı Şövkət Mirziyoyevin yolasalma mərasimində  bədən dili ilə verdiyi mesajlar gündəm olub.

 

Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında iki ölkə liderinin sağollaşması və verdikləri mesaj xüsusi önəm daşıyır. Xüsusən də Özbəkistan Prezidentinin qollarını sinəsinə çarpaz qoyması Azərbaycan Prezidentinə göstərdiyi böyük hörmət və ehtiramın nümunəsi kimi dəyərləndirilib

скачать dle 12.1

Şərhlər