SON DƏQİQƏ
» » İtaliya: Bakı və İrəvan arasında sülhün yaranması...

İtaliya: Bakı və İrəvan arasında sülhün yaranması...

Tarix:

25-01-2022, 23:09

/ 1 397 dəfə oxundu.
İtaliya: Bakı və İrəvan arasında sülhün yaranması...

Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün yaranması üçün tərəflərə lazımi dəstəyi göstərməyə hazırdır.

GunAz.az Report-a istinadən xəbər verir ki, bunu İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında bildirib.

"2020-ci ildə atəşkəs əldə olunub. Tərəflər bu atəşkəsi poza biləcək addımlardan qəti şəkildə çəkinməlidirlər”, - dövlət katibi deyib.

 

O, sülhün yaranmasına əsas cavabdeh qurumun Minsk Qrupu olduğunu bildirib:

"Avropa Şurasından əlavə, ATƏT-in Minsk Qrupu bu məsələ ilə məşğul olur. Avropa Şurası da öz növbəsində tərəflərə sülhün yaranmasına yardım edəcək məsələlərdə dəstək verməyə hazırdır”.

Xatırladaq ki, İtaliya 18 noyabr 2021-ci ildən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ