SON DƏQİQƏ
» » ATƏT-dən erməni hərbçinin azad edilməsi barədə - Bəyanat

ATƏT-dən erməni hərbçinin azad edilməsi barədə - Bəyanat

Tarix:

8-10-2021, 22:49

/ 1 357 dəfə oxundu.
ATƏT-dən erməni hərbçinin azad edilməsi barədə - Bəyanat

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıblar.

GunAz.az xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.

Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev son günlər Azərbaycan və Ermənistan arasında razılaşmalara dair bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qilles Karbonnierlə məsləhətləşmələr aparıblar. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

BMT Baş Assambleyasının iclası gedişində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüşə diqqət çəkən həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıblar. Həmçinin mümkün deeskalasiya və məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması istiqamətində humanitar tədbirlər müzakirə edilib.

Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar.

Qeyd edək ki, oktyabrın 6-da Azərbaycan Ermənistanla dövlət sərhədində itkin düşmüş hərbçi Artur Borisoviç Davidyanı geri qaytarıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ