SON DƏQİQƏ
» » "Biz harada lazım bilmişiksə, orada da durmuşuq"

"Biz harada lazım bilmişiksə, orada da durmuşuq"

Tarix:

20-08-2021, 08:21

/ 1 520 dəfə oxundu.
"Biz harada lazım bilmişiksə, orada da durmuşuq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə avqust ayının 16 da Kəlbəcər və Laçın rayonlarında olublar. Səfər çərçivəsində bir sıra vacib təməlqoyma mərasimləri baş tutdu.

Qeyd dək ki, Vətən müharibəsindən sonra işğaldan azad olan ərazilərimizdə yenidənqurma və bərpa işləri yüksək templə davam etməkdədir. Və onlardan biri də Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər_laçın avtomobil yoludur. Dövlət başçısı bu yolun üzərində tikiləcək 3,4 kilometrlik tunelin təməlini qoydu. Təməlqoyma mərasimində cıxış edən Prezident bildirdi ki, "...tunelin tikintisi həm çətindir, xüsusilə belə dağlıq relyefdə, eyni zamanda çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu bölgənin, şərqi Zəngəzurun inkişafına lazımdır...”

Eyni zamandan Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində də çıxış edib. Dövlət başçısı bildirb: "... Azərbaycan-Ermənistan sərhəddində biz söz sahibiyik. Bu təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur. Biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər getsinlər su içsinlər...” Və bu sözlərlə də Qalib Ali Baş Komandan ermənilərin sərhəd dəyişikliyi ümidlərinə son qoydu.

Azərbaycan Prezidenti səfər çərçivəsində hava limanının təməlini də qoydu. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı strateji əhəmiyyət daşıyır. Prezident təməlqoyma mırasimindi bildirdi ki: "..Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Mən şəxsən Zəngilan Hava Limanının təməlini qoydum...”

Bəli Qarabağın və Şərqi Zəngəzurun işğldan azad edilməsi, daha sonra isə minalardan təmizlənib infrastrukturun bərpa edilməsi, istehsal müəssisələrinin yaradılması və nəhayət əhalinin bu ərazilərə qayıtması hər kəsin arzusu idi. İndi çox şükür ki Ali Baş komandanın qətiyyətli addımları nəticəsində o günləri yaşamaqdayıq. Lakin bütün bunlarla yanaşı olaraq daim ayıq-sayıq olmalıyıq. Və Canab Prezident də məhz bu amilləri nəzərə alıb demişdi ki: "Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, o cümlədən hava limanı bizim hərbi məqsədlərimizə də xidmət edəcək.”

Kəlbəcər bizimdir! Laçın bizimdir! Qarabağ Azərbaycandır!

 

Masallı rayon Mahmudavar kənd sakini

Eyvazov Fəxrəddin Səfail oğlu

скачать dle 12.1

Şərhlər