SON DƏQİQƏ

Lavrovun İrəvana səfər PROQRAMI

Tarix:

5-05-2021, 14:10

/ 2 857 dəfə oxundu.
Lavrovun İrəvana səfər PROQRAMI

Bu gün Ermənistana gələn Rusiya xarici işlər naziri Sergey Lavrovun səfər proqramı bəlli olub.

GunAz.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, Lavrovu İrəvan hava limanında Ermənistan XİN rəhbəri Ara Ayvazyan və iki ölkənin səfirləri Vardan Toqanyanla Sergey Kopırkin qarşılayacaq. İki ölkənin naziri arasında görüş sabah baş tutacaq. Tərəflər arasında görüşdən sonra sənədlərin imzalanması gözlənilir.

Lavrov İrəvanda həmçinin Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla da görüşəcək. Bundan sonra onun "erməni soyqırımı” abidəsi, eləcə də Böyük Vətən müharibəsində ölənlərin şərəfinə qoyulan abidəyə çələng qoyması planlaşdırılır.

скачать dle 12.1

Şərhlər