
Ermənistanın Xarici İşlər Nazirliyi son günlər mətbuatda gedən "Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurulur” xəbərlərinə reaksiya verib.
GünAz.az erməni KİV-ə istinadla xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan Türkiyə ilə heç bir danışığın aparılmadığını bildirib:
"Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması istiqamətində heç bir danışıqlar planlaşdırılmır”.
Ermənistan XİN rəsmisi həmçinin bildirib ki, Türkiyə ilə münasibətlər barədə hökumətin əvvəlki siyasətinə heç bir dəyişiklik edilməyib.