SON DƏQİQƏ
» » Ermənistan müxalifəti bunu bacarmadı - Korotçenko

Ermənistan müxalifəti bunu bacarmadı - Korotçenko

Tarix:

9-01-2021, 21:15

/ 1 520 dəfə oxundu.
Ermənistan müxalifəti bunu bacarmadı - Korotçenko

Erməni müxalifətinin hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qalıb.

GunAz.az xəbər verir ki, bu barədə rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko Teleqramda qeyd edib. O bildirib ki, müxalifət mitinqlərdə kritik həddə narazı kütlə toplamağı bacarmayıb:

"Görünən odur ki, erməni müxalifəti havaya sovrulub. İrəvandakı anti-Paşinyan mitinqləri mövcud hökuməti zorla devirmək üçün lazımi qədər narazı kütlə toplaya bilmədi”.

Ekspert onu da qeyd edib ki, bu, erməni xalqının əksəriyyətinin II Qarabağ müharibəsinin nəticələrini son reallıq kimi qəbul etdiyini və daha çox sarsıntı istəməməsini göstərir:

"İndi heç vaxt "böyük Ermənistan” olmayacaq – heç vaxt, amma beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var. Müxalifət əgər yaradıcılıq əməyinə sahibdirsə, qoy onu inkişaf etdirsin. Necə deyərlər - arbayten!"


скачать dle 12.1

Şərhlər