
Türk Şurasının qurucu üzvü Türkiyə "Türsat 5A" xəbərləşmə peykini Floridadan kosmosa uğurla göndərdi. Türk Şurası olaraq Türkiyəni təbrik edirik.
GunAz.az xəbər verir ki, bu barədə TŞ-nin Tvitter hesabından yayılan bəyanatda bildirilib.
"Üzv ölkələrimizin texnoloji uğurlarları ilə qürur duyuruq", - TŞ ölkələrinin ortaq bəyanatında vurğulanıb.
Qeyd edək ki, kosmosa çıxarılan peyk beşinci nəsildir və o, kosmosda 30 il müddətində istifadə ediləcək. Peyk televiziya yayımı xidmətləri, eləcə də 1728 meqahers gücündə coğrafi məlumat xidmətləri təqdim edəcək.