
Qəhrəman Azərbaycan əsgəri öz gücünü göstərdi bütün dünyaya. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir.
GunAz.az xəbər verir ki, bunu Qubadlı rayonuna səfər edən Prezident İlham Əliyev Xanlıq qəsəbəsində olarkən bildirib.
"Bu bir yenilikdir. XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdik”, - İ.Əliyev qeyd edib.