SON DƏQİQƏ
» » Akardan mühüm açıqlama: Ruslar gəlir, sabah dəqiqləşəcək

Akardan mühüm açıqlama: Ruslar gəlir, sabah dəqiqləşəcək

Tarix:

12-11-2020, 23:03

/ 1 450 dəfə oxundu.
Akardan mühüm açıqlama: Ruslar gəlir, sabah dəqiqləşəcək

Türkiyə orada (Azərbaycanda) haradadır? Türkiyə işin içindədir. Həm masada, həm də meydanda. Hər hansı oldu-bitdi söhbəti müzakirə mövzusu deyil.

GunAz.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycana sülhməramlıların yerləşdirilməsi barədə danışarkən bildirib.

"Sabah Rusiyadan geniş bir heyət gələcək. Taktiki, texniki olaraq kimin harada dayanacağı ilə bağlı danışıqlar olacaq", - Akar vurğulayıb.

Akar gedən proseslərin sonunda atəşkəsin qalıcı olmasını, sabitliyin təmin edilməsini və hüdudların müəyyən edilməsini istədiklərini qeyd edib:

"Müşahidə gücü üçün qərar qəbul edilə bilər. Hərbçi sayı sabahkı görüşlərdən sonra dəqiqləşəcək".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ