SON DƏQİQƏ

Azərbaycan tarixinin müzəffər sərkərdəsi

Tarix:

9-11-2020, 17:58

/ 3 402 dəfə oxundu.
Azərbaycan tarixinin müzəffər sərkərdəsi

1993-cü ilin iyununda xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi, ermənilərin işğal etdiyi əraziləri geri qaytarmağı, Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmağı həyatının əsas işi hesab edirdi. Onun rəhbərliyi altında Azərbaycan ordusu 1994-cü ilin ilk günlərində Horadiz qəsəbəsini, Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini azad etdi, diplomatiya cəbhəsində ciddi uğurlar qazanıldı.

Ulu öndər ilk növbədə, Budapeşt sammitində(6 dekabr 1994-ci il) münaqişə zonasına bir ölkənin hərbçilərinin yerləşdirilməsinin qarşısını alan, çoxtərəfli sülhməramlı qüvvələrin formalaşdırılmasını müəyyən edən sənədin qəbul olunmasına nail oldu.

İki il sonra keçirilən Lissabon sammitində(2 dekabr 1996-cı il) münaqişənən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan bəyanatın qəbul olunmasına nail olan Heydər Əliyev Ermənistanı və onun prezidenti Levon Ter-Petrosyanı son dərəcə ağır vəziyyətə saldı. Vəziyyətdən çıxa bilməyən Ermənistan prezidenti istefa vermək məcburiyyətində qaldı.

Diplomatiya tariximizin ən şərəfli səhifələrindən olan Lissabon sammitinə həsr etdiyim kitabda sanki bu günləri görmüşdüm. 16 il əvvəl nəşr olunan, "Böyük siyasətin təntənəsi” adlanan o kitabin son səhifəsini nəzərinizə çatdırıram:

"Beləliklə, "Miatsum”hərəkatının liderlərindən biri, "Qarabağ” cəmiyyətinin və Erməni ümummilli hərəkatının (Xalq cəbhəsinin) başçısı uğur qazanmağa heç bir ümidinin qalmadığını etiraf edərək siyasi hakimiyyətdən çəkildi. Bu addım artıq təkcə bir şəxsin siyasi iflası deyildi, bütövlükdə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışanların sarsıdıcı məğlubiyyətə uğrayaraq böyük ümidlərlə başladıqları hərəkatın ağır məğlubiyyətlə sona çatdığını bəyan etmələri idi. Bu hadisə hamıya sübut etdi ki, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq mümkün olmayacaq və bu torpaq əbədi olaraq respublikamızın ayrılmaz tərkib hissəsi kimi yaşayacaq, inkişaf edəcək. Bu xalqımızın uzun illər həsrətlə gözlədiyi möhtəşəm bir qələbə idi. Bəşər tarixində ən böyük dövlət xadimlərindən biri olan Heydər Əliyevin böyük fədakarlığı, qətiyyəti, vətən, xalq sevgisi sayəsində Azərbaycanın qazandığı möhtəşəm bir qələbə.

Bu qələbədən sonra Heydər Əliyev apardığı uğurlu danışıqları dəfələrlə Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir addımlığına qədər gətirib çıxarmağa nail oldu. Xüsusilə, İstanbulda keçiriləcək ATƏT sammiti ərəfəsində sülh sazişini imzalamaq tamamilə real idi. Lakin yenə də Ermənistanda baş verən hadisələr sülh prosesinə ağır zərbə vurdu və aparılan böyük işin nəticəsiz qalmasına səbəb oldu. Ermənistan parlamentinin sədri Karen Dəmirçiyanın və digər yüksək vəzifəli şəxslərin hamının gözü qarşısında güllələnməsi parlamentlər tarixində bənzəri olmayan hadisə idi. Bu qırğın bütün dünyaya bir daha göstərdi ki, Ermənistan kimi dövlətlə sülh danışıqları aparmaq və real nəticəyə nail olmaq nə qədər çətindir.

Həmin hadisədən sonra danışıqları davam etdirən Heydər Əliyev Paris və Ki-Uest danışıqlarında sülh sazişinə gəlmək üçün əlindən gələni etdi. Lakin çox təəssüf ki, Böyük Xilaskar özünün əsas işi saydığı Dağlıq Qarabağ məsələsini həll edib sona çatdıra bilmədi.

2003-cü il prezident seçkilərində səhhəti ilə əlaqədar axıra qədər iştirak edə bilməyən ümummilli liderimiz Azərbaycan xalqına müraciət edərək gələcəyə olan böyük inamını dilə gətirdi -: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Şübhə yoxdur k, Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmək şərəfinə layiq görülən prezident İlham Əliyev Böyük Xilaskarın başladığı bu müqəddəs işi ləyaqətlə davam etdirəcək və dahi Azərbaycanlının arzularını reallığa çevirəcək. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qələbə ilə başa çatdığı həmin tarix gündə Böyük Xilaskarın məzarı üstünə axışan milyonlarla insan göz yaşları içərisində Heydər Əliyevin müqəddəs ruhuna dualar edərək: - "Ruhun şad olsun, Böyük Xilaskar, sənin həyatda ən böyük arzun yerinə yetdi. Qədim Qarabağ torpağı Azərbaycanındır və bundan sonra heç bir qüvvə Qarabağı Azərbaycandan ayıra bilməyəcək” – deyəcəklər.”

8 noyabr 2020-ci il. Həmin unudulmaz tarix-Şuşanın erməni işğalından azad olunduğu gün prezident İlham Əliyev Ulu Öndərin Fəxri Xiyabandakı müqəddəs məzarını ziyarət etdi və sonra Şəhidlər Xiyabanından xalqa müraciət edərək tariximizə qızıl hərflərlə həkk olunacaq bu sözləri dedi:

"Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan!”

Qələbə sevincləri ilə dolu şərəfli günləri yaşayırıq. Xalqımızla, ordumuzla, Ali Baş Komandanımızla fəxr etdiyimiz, qürur duyduğumuz günləri. Ancaq erməni işğalçıları üzərində son və qəti qələbəmiz hələ qarşıdadır.

Həmin müqəddəs qələbə günündə hamımız Ulu Öndərin məzarını ziyarət edəcək, onun ruhuna dualar oxuyacağıq. Bu ziyarət Azərbaycan xalqı və dövləti naminə gördüyü böyük işlərə, çəkdiyi əziyyətlərə və bizə İlham Əliyev kimi müzəffər Ali Baş Komandan verdiyinə görə dahi Heydər Əliyevə qarşı duyduğumuz minnətdarlığın səmimi ifadəsi olacaq.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ