SON DƏQİQƏ
» » Münaqişə zonasına yalnız çoxtərəfli sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündür.

Münaqişə zonasına yalnız çoxtərəfli sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündür.

Tarix:

29-10-2020, 08:19

/ 3 497 dəfə oxundu.
Münaqişə zonasına yalnız çoxtərəfli sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündür.

Almaniyanın "dəmir kansleri” Otto Bismark 1872-ci il, aprelin 21-də çıxış edərkən  "Roma Papasından artıq katolik olmaq” barədə qədim avropa məsəlini xatırlatdı və bu deyim onun sayəsində xüsusilə məşhurlaşdı.

 Sizi bilmirəm, ancaq mən kifayət qədər uzun çəkən yaşamım boyu Roma Papasından daha çox dindar olmağa çalışan katolikə rast gəlməmişəm.

Ermənilərdən çox ermənilik edən başqa millət nümayəndələrinə isə hər gün rast gəlirik.

Nə qədər ağır olsa da belələri ruslar içərisində xüsusilə çoxdur.

Bunu GunAz.az-a danışan Azərbaycan Naminə Alyans Partiyasının sədri, Abutalıb Səmədov bildirdi ki, onlar öz ədalətsiz və eybəcər iddiaları və onlardan da eybəcər, həyasız sifətləri  ilə Rusiya telekanallarından hər gün evimizə soxulurlar.

Gözümüzü yağır eləyib erməni diasporunun yemlədiyi bu qırmızısifət şərəfsizlər!

Partiya sədri qeyd etdi ki, belə  ermənilərdən çox ermənilik edən ruslardan biri  Konstantin Zatulindir. Dövlət Dumasının deputatı, üstəlik, MDB işləri üzrə Komitənin sədrinin 1-ci müavinidir.

Cəfəng fikirləri ilə məşhur olan bu zat ermənilərə ürək-dirək vermək üçün bu günlərdə bəyan edib ki, "Rusiya Qarabağa hərbi qüvvələr desantını göndərə bilər”.

Bütün dövlətlərdə belə nadanların yaratdığı problemləri aradan qaldırmaqla mükəlləf olan vəzifəli şəxslər olur. Rusiyada Dövlət Dumasının Müdafiə məsələləri üzrə Komitəsinin sədrinin 1-ci müavini Andrey Krasov bu dəfə bu işi görmək və həmkarının sərsəm bəyanatını təkzib etmək  məcburiyyətində qalıb. O da bəyan edib ki, Zatulinin uydurduqlarının  həqiqətlə heç bir əlaqəsi yoxdur.

"Rusiya öz  hərbi qüvvələrini Dağlıq Qarabağdakı hərbi münaqişə zonasına göndərməyi planlaşdırmır. Bölgədə rus desant əməliyyatının hazırlanması barədə iddia yalandır!”- deyib və əlavə edib ki, Zatulinin belə bəyanat vermək səlahiyyəti yoxdur.

A. Səmədov əlavə etdi ki, münaqişə zonasına sülhməramlı qüvvə kimi rus qoşunlarının yeridilməsi zərurəti barədə həm ermənilər, həm də onlardan artıq "ermənilik edən” ruslar çox danışırlar.  Azərbaycan Ordusunun  zəfər yürüşünün davam etdiyi son günlərdə bu cür təkliflər xüsusilə artıb.

Ermənistanın strateji müttəfiqi olan bir dövlətin hərbi qüvvələrinin sülhməramlı qüvvə  kimi Azərbaycan ərazisinə yerləşdirilməsini mümkün sayanlara bir mühüm məsələni xatırlatmaq istəyirəm.

ATƏT-in(həmin dövrdə ATƏM adlanırdı) dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında keçirilən Budapeşt sammitində"Dağlıq Qarabağ münaqişəsinə dair ATƏM-in rolunun müəyyənləşdirilməsi”adlı qətnamə qəbul olunub. Bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün sülhməramlı qüvvələrin yaradılması nəzərdə tutulub.

"Dağlıq Qarabağ münaqişəsinə dair ATƏM-in rolunun müəyyənləşdirilməsi”adlı qətnamənin 4-cü maddəsində deyilir ki, "münaqişədə olan tərəflərin rəyi ilə sülh sazişinin bağlanması çoxtərəfli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan yaradır. Görüş iştirakçıları bu qüvvələrin yerləşdirilməsini təmin etmək barədə öz iradələrini bəyan etmişlər. Onlar ATƏM-in sədrindən xahiş etmişlər ki, bu barədə planı mümkün qədər tez hazırlasın, o cümlədən sülhməramlı qüvvələrin tərkibi  müəyyənləşdirilsin. Bu işdə ATƏM-in sədrinə Minsk konfransının və Minsk qrupunun həmsədrləri kömək edəcək və BMT-nin Baş katibi tərəfindən də yardım göstəriləcəkdir. Ümumi məsləhətləşmələrdən sonra ATƏM-in sədri Vyanada yüksək planlaşdırıcı qrup yaradacaq, bu qrup qüvvələrin miqdarı və xarakteri, komanda, nəzarət,rabitə qüvvələri və ehtiyatların yerləşdirilməsi, qoşulma qaydalarını və qoşulmaq istəyən dövlətlərlə müqavilə qaydalarını hazırlayacaqdır. BMT bu işə texniki yardım və ekspertlərlə kömək edəcək. ATƏM qüvvələrinin yerləşdirilməsi üçün Təhlükəsizlik Şurasından siyasi dəstək alacaqdır”.

Paşinyanlar, Zatulinlər və digərləri dəyişilməsi mümkünsüz olan bir həqiqəti birdəfəlik qulaqlarından sırğa eləyib assınlar: Azərbaycan Ordusunun zəfər yürüşü başa çatdıqdan sonra sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsinə ehtiyac yaranarsa ATƏT-in sədri çoxtərəfli qüvvələrin formalaşdırılmasına başlayacaq və qardaş Türkiyə digər dövlətlərlə yanaşı bu prosesdə aktiv iştirak etmək imkanı qazanacaqdır. Bir ölkənin hərbi qüvvələrinin Dağlıq Qarabağda sülhyaradıcı kimi yerləşdirilməsi Budapeşt sammitinin qəbul etdiyi mühüm qərarların kobud şəkildə pozulmasıdır. Nə beynəlxalq birlik, nə də Azərbaycan heç vaxt buna imkan verməyəcəkdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın çox zəif olduğu  dövrdə, 1994-cü il,  dekabrın 6-da, Budapeştdə bu mühüm qərarın qəbul olunması üçün ağır mübarizə apardı və ermənilərin kəskin  müqavimətinə baxmayaraq məqsədinə nail oldu.

Azərbaycan ordusu və Ali Baş Komandan İlham Əliyev tərəfindən tariximizin ən şərəfli səhifələrinin yazıldığı bu günlərdə böyük Heydər Əliyevin xəyallarının reallaşmasına heç bir qüvvə mane ola bilməyəcək.

İlqar QURBAN

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ