SON DƏQİQƏ
» » Türkiyə XİN-dən Tərtər hücumuna - Sərt reaksiya

Türkiyə XİN-dən Tərtər hücumuna - Sərt reaksiya

Tarix:

15-10-2020, 21:07

/ 1 439 dəfə oxundu.
Türkiyə XİN-dən Tərtər hücumuna - Sərt reaksiya

Ermənistanın Azərbaycanda mülki yaşayış yerlərinə davam edən hücumlarını şiddətlə qınayırıq. Ermənistanın bu gün Tərtərə hücumu nəticəsində bir məzarlıqda təşkil olunan cənazə mərasimindəki dinc insanlardan üç nəfərin ölüb, beş nəfər yaralanıb.

GunAz.az xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin qanlı hadisə ilə bağlı yaydığı açıqlamada əksini tapıb.

Açıqlamada bildirilir ki, Ermənistan əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün oktyabrın 10-da elan edilən atəşkəsi heçə saymaqda davam edir. İnsanlıqdan xəbəri olmayanlar azərbaycanlı qardaşlarımızın cəsədləri dəfn etməsinə izn verməməkdədirlər.

Bu son hücum Ermənistanın insani dəyərlərlə uyuşmayan, hüquq tanımayan üzünü bütün dünyaya bir daha göstərdi.

Türkiyə Can Azərbaycanın qəhrəman xalqı ilə tam şəkildə həmrəydir.


скачать dle 12.1

Şərhlər