SON DƏQİQƏ
» » Ərdoğan erməni hücumu ilə bağlı TŞ-ni topladı - Bəyanat

Ərdoğan erməni hücumu ilə bağlı TŞ-ni topladı - Bəyanat

Tarix:

22-07-2020, 22:42

/ 1 348 dəfə oxundu.
Ərdoğan erməni hücumu ilə bağlı TŞ-ni topladı - Bəyanat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib.

GunAz.az xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının ardından yayılan bəyanatda qeyd olunub:

"Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalı olduğu, Türk millətinin qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacağı xatırladılmışdır".

Bəyanatda bildirilib ki, illərdir Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistanın sülhə mane olan və beynəlxalq hüquqa məhəl qoymayan təcavüzkar siyasəti qətiyyətlə pislənir:

"Ermənistan təcavüzkar mövqeyinə son qoymalı və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Türk milləti qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacaq”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ